Baş xəbərlər13.04.2012 17:41 “AITF-2012” çərçivəsində AFFA bu ilin payız aylarında Bakıda 17 yaşa qədər olan gənc qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi talismanına ad verilməsi ilə bağlı təqdimat mərasimi keçirib
11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF-2012”) çərçivəsində Azərbaycan Futbol Assosiasiyaları Federasiyası (AFFA) bu ilin payız aylarında Bakıda 17 yaşa qədər olan gənc qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi talismanına ad verilməsi ilə bağlı təqdimat mərasimi keçirib. Çempionatın təşkilat komitəsi tərəfindən keçirilmiş sorğunun gedişatında təşkilatın ünvanına azarkeşlər tərəfindən yüzlərlə ideya və təkliflər daxil olub. Sorğunun nəticələrinə əsasən, Şən və Hazırcavablar Klubunun məşhur üzvü, azərbaycanlı Bəhram Bağırzadənin ideyası ən məqbul və meyarlara uyğun gələn ideya olub (“TOP TOP GIRL”).
bütün xəbərlər
|