Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 21:32

“Lafayet” qalereyası Fransada Luvr muzeylərindən sonra turistlərin ən çox ziyarət etdikləri ikinci yerdir.

Azbileq İnserto, “Lafayet” qalereyasının (“Galeries Lafayette”) beynəlxalq müştərilər üzrə meneceri, MDB və Şərqi Avropa  ölkələri.

–        “Lafayet” qalereyasının əsası 1893-cü ildə qoyulub və bu qalereya artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Parisin diqqətəlayiq yerlərindən biri olan bu qalereya həm də dünyada ən böyük mağazalardan biri sayılır. Parisin mərkəzində yerləşən “Lafayet” qalereyasının mərkəzi binasına (günbəzinə) gün ərzində 100.000 ziyarətçi gəlir ki, bu da mağazanın Fransada Luvr muzeylərindən sonra ikinci yerdə olması deməkdir. Biz satış üçün 3.500 brend təklif edirik və onların arasında ən münasibindən tutmuş ən nüfuzlusuna qədər müxtəlif məmulat və məhsulların, ən dəbdəbəli aksessuarların geniş çeşidini tapmaq olar. Bilirsiniz niyə turistlər məhz “Lafayet” qalereyasını sevirlər? Çünki o hamı üçündür!

Fəaliyyətimizin əsas növü alış-veriş (“şoppinq”) turizmidir, lakin biz həmçinin müşayiətedici turizm xidmətlərini də təqdim edirik ki, bunlara da qarşılama, müşayiət və VİP kateqoriyalı turizm xidmətləri daxildir. Bizdə müxtəlif dillərdə danışa bilən xeyli mütəxəssis çalışır.  Hamı yaxşı bilir ki, Paris dəbin paytaxtıdır. Lakin bu paytaxtda bütün dəb ilk dəfə məhz “Lafayet” qalereyasında təqdim olunur.

Biz 2 il öncə Azərbaycanın turizm operatorları və agentlikləri ilə işləməyə başlamışıq. Həmçinin, biz Moskvadakı Fransa Evi tərəfindən təşkil olunan seminar və iclaslarda iştirak edirik və fransız nümayəndə heyəti ildə bir dəfə Azərbaycanın tur-operatorları ilə görüşərək birgə işləmək imkanına malik olur. Biz iri turizm agentliklərinə və aviaşirkətlərə (müştərilərə pulsuz paylamaları üçün) materiallar veririk. Bu, Parisdə ən çox ziyarət olunan turizm obyektləri üzrə rahat cib xəritəsi və bizim mağazalarımızda alış-veriş üçün 10%-lik endirim kartıdır. Bu isə bizə müştəriləri cəlb etməkdə kömək edir. Biz Azərbaycandan turist axınının artacağına böyük ümid bəsləyirik. Biz məhz buna görə buradayıq və 2013-cü ildə Azərbaycanda keçiriləcək növbəti turizm sərgisində də iştirak etməyi düşünürük. Mən ilk dəfədir ki, “AITF” sərgisində iştirak edirəm və mənim əsas vəzifəm turistləri Fransaya cəlb etmək üçün Azərbaycanın tur-operatorları ilə görüşmək və “Lafayet” qalereyasını ziyarət edən turistlərə xüsusi köməklik göstərəcəyimizə dair zəmanət verməkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek