Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 21:39

Müalicə turizmi Azərbaycan üçün çox aktualdır.

Oqtay Xankişiyev, “İSOR Kurortı.ru” şirkətinin təsisçisi

Biz 2007-ci ildə bu sərgidə müalicə kurortlarının “onlayn” bron olunması üzrə layihəmizi təqdim etdik və MDB ölkələrində sanatoriya və kurort fəaliyyətinin təşkilinə dair lisenziya aldıq. Fəaliyyətimizin bu dövrü ərzində, biz MDB məkanının, o cümlədən Ukrayna, Qazaxıstan, Rusiya və Azərbaycanın turizm şirkətləri ilə 2.000-dən çox müqavilə bağlayaraq “onlayn” xidmətlərin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırdıq. Buna isə göstərilən xidmətlərlə bağlı monitorinqin keçirilməsi imkan yaratdı. Bu gün bizimlə Qafqaz Mineral Suları və Truskavets kimi məşhur sanatoriyalar əməkdaşlıq edir, Çexiya və Belorus da tədricən bu siyahıya qoşulur.

Müalicə turizmi Azərbaycan üçün çox aktualdır və bizim şirkətimiz vasitəsi ilə “onlayn”  bron sistemi seçim üçün gözəl imkanlar yaradır. Tezliklə “onlayn” bron sisteminə Azərbaycan kurortlarını da cəlb etməyə ümid bəsləyirik.

Həmçinin, qeyd etmək istəyirəm ki, bizim istehlakçımız əsas etibarı ilə turistlər yox, turizm agentlikləridir. “İSOR Kurortı.ru” bron sisteminə hazırda 70-dən çox sanatoriya qoşulub və  onlar bu şəbəkə vasitəsi ilə öz məhsullarını gerçəkləşdirirlər. Biz bu sanatoriyaların monitorinqini həyata keçiririk və nəticədə müvafiq düzəlişlər üçün onlara tövsiyələr verir və ya onların xidmətlərindən imtina edirik. Şirkətin fəaliyyətinin digər bir istiqaməti xarici ölkə və şəhərlərdə, müxtəlif sərgi və yarmarkalarda kurortların imicinin təşviqi ilə bağlıdır.

Biz “AITF” sərgisinin təşkilatçıları ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Sərginin təşkilatçılıq səviyyəsi isə ildən-ilə daha da yaxşılaşır və daha çevik servis təklif olunur ki, bu da öz növbəsində şirkətlərin iştirak səviyyəsini artırmalarına imkan yaradır.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek