Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 21:41

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “AITF-2012” sərgisini ziyarət etdi

Artıq üçüncü ildir ki, ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “AITF-2012” sərgisini ziyarət edir və bu, turizm sənayesinin Azərbaycan iqtisadiyyatında oynadığı rolu və sərginin statusunu bir daha vurğulayır.

Sərgiyə səfəri çərçivəsində ölkə prezidenti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Ümumdünya Turizm Təşkilatının stendləri ilə yaxından tanış oldu. Xatırladaq ki, sərginin bütün tarixi ərzində ilk dəfədir ki, Ümumdünya Turizm Təşkilatı ayrıca stendlə təmsil olunur.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ilk dəfə qonaq ölkə qismində çıxış edən Bolqarıstanın və ardıcıl olaraq üçüncü il sərgidə tərəfdaş ölkə kimi iştirak edən Türkiyənin stendlərinə də baş çəkdi. Stavropol diyarının nümayəndə heyəti isə Azərbaycan Prezidentini ənənəvi olaraq duz-çörəklə qarşıladı.

Bundan əlavə, Prezident İlham Əliyev Dubay Əmirliyi, Çexiya, Hindistan, Malayziya, Gürcüstan, Litva və Sloveniyanın milli stendləri ilə də tanış oldu. Sərgi iştirakçıları dövlət başçısına öz fəaliyyətləri, təklif etdikləri xidmətlər və Azərbaycan şirkətləri ilə əməkdaşlıq perspektivləri haqqında məlumat verdilər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek