Baş xəbərlər28.04.2011 15:47 Sağlamlıq turizmi sahəsinin inovasiyaları
Olqa Lisitsa, I.S.O.R – KURORT.RU turizm operatorunun Baş direktor müavini: Biz bu gün sərgidə sanatoriyaların onlayn rejimdə sifariş (bron) edilməsi sistemini təqdim edirik və əminik ki, təklifimiz kurort-sanatoriya müalicəsi sahəsinin bir çox mütəxəssislərində maraq oyadacaq. Bunun üçün burada çox yaxşı bazar vardır və turizm sənayesinə uğurla inteqrasiya olunan sağlamlıq turizmi sahəsində qeydiyyata alınmış bir çox potensial şirkətlər mövcuddur. Bu baxımdan, biz qlobal miqyasda fəaliyyət göstərmək əzmindəyik və bütün kurortların və turizm operatorlarının fəaliyyətini I.S.O.R – KURORT.RU sistemində koordinasiya etmək məqsədini güdürük. Biz yubiley AITF sərgisində iştirak etməyə çox şadıq! Hər il sərgi təşkilatçıları ilə əməkdaşlıq etməyimiz bunu deməyə əsas verir. Beşinci ildir ki, bizim şirkət ardıcıl olaraq AITF sərgisində iştirak edir. Bu gün isə yeni “Baku Ekspo” sərgi mərkəzində olmaq xüsusilə xoşdur, belə ki, bu, sənaye sahəsində görülən böyük işlərin nəticələrini yekunlaşdırmaq üçün rəmzi xarakter daşıyır. Sizi təbrik edirik! Çox gözəl yerlər, əla infrastruktur, geniş ərazi... Bu, həm iştirakçılar, həm də ziyarətçilər üçün rahatlıq deməkdir. Buna görə də bizim stend əvvəlki illərə nisbətən bu il daha böyükdür və bu perspektiv əməkdaşlığın və təşkilatçılara olan inamın göstəricisidir! Sizə kurortologiya, tibb, səhiyyə və marketinq sahəsində mütəxəssislər ilə məsləhətləşmək tələb olunur? Siz sanatoriya-kurort müalicəsi sahəsində etibarlı tərəfdaşlar axtarırsınız? Bəlkə bir çox sanatoriyalar arasından istirahət və müalicə üçün ən yaxşısını seçməyi arzu edirsiniz? Problem yoxdur! Bizim sistemimiz bütün tərəfdaşların real vaxt rejimində qarşılıqlı fəaliyyət göstərdiyi bir məkandır. Lakin bilavasitə sərgi isə peşəkarlarla şəxsən görüşmək imkanını bəxş edir! Buna görə də siz burada Qafqaz sanatoriyalarının baş həkimləri, Baltika Beynəlxalq Akademiyasının latviyalı mütəxəssisləri ilə görüşə bilərsiniz və onlar sizə profil üzrə təhsil almağı (kursun sonunda beynəlxalq səviyyəli diplomlar təqdim etməklə), həmçinin turizm fəaliyyətinin həyata keçirilməsi üçün tərəfdaşların könüllü birliyinə daxil olmağı təklif edəcəklər.
bütün xəbərlər
|