Sərgi haqqındaAZƏRBAYCAN VƏ BÜTÜN QAFQAZ REGİONUNDA TURİZM SƏNAYESİNİN ƏN BÖYÜK İXTİSASLAŞDIRILMIŞ TƏDBİRİ
"AITF" sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları vahid meydançada bir yerə toplayır.
"AITF" Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanmışdır və səyahətlər, işgüzar turizm, müalicəvi və eksklüziv istirahət sahələrində ən son təmayülləri nümayiş etdirən Azərbaycanlı və xarici ekspertlərin fəaliyyəti üçün möhkəm zəmin yaratmaqla regionda çağdaş turizm bazarının ümumi mənzərəsini əks etdirir.
"AITF" sərgisinə rəsmi dəstək göstərən təşkilatlar
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
- BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO)
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)
- Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA)
Sərgi 2010 və 2011-ci illərdə UFİ (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) akkreditasiyasından keçmişdir.
"AITF"sərgisinin üstünlükləri
Bazarın ümumi qiymətləndirilməsi
|
|
|
|
Qısa müddət ərzində bazarın maksimal dərəcədə əhatə edilməsi, ölkənin bütün əsas turizm sənayesi nümayəndələrinin vahid biznes meydançasında bir araya gəlməsi.
|
|
|
|
|
|
Maksimum işgüzar əlaqələr
|
|
|
|
Turizm sahəsinin peşəkarları və korporativ sifarişçilər ilə üç gün ərzində fəal görüş və danışıqların keçirilməsi.
|
|
|
|
|
|
Dövlət dəstəyi
|
|
|
|
Sərgi tam dövlət tərəfindən dəstəklənir. İki il ərzində, sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bu tədbirin statusunu əhəmiyyətli dərəcəyə yüksəldiyini bir daha vurğulayır.
|
|
|
|
|
|
Ən yaxşı PR kampaniya
|
|
|
|
Bütün ictimaiyyətin və peşəkar kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmaq imkanı, o cümlədən iştirakçılar və onların məhsulları haqqında məqalələrin ölkənin və bütün regionun aparıcı nəşrlərində və internet resurslarında dərc edilməsi, eləcə də ölkənin bütün televiziya kanallarında iştirakçılar haqqında video-icmalların yayımlanması.
|
|
|
|
|
|
Ziyarətçilərin peşəkar tərkibi
|
|
|
|
Tədbirin ilk 2 günü ərzində sərgiyə yalnız (xüsusi dəvətnamələr əsasında) mütəxəssislər gəlirlər. Sərgi ziyarətçilərin 70%-dən çoxu peşəkarlardır.
|
|
|
|
|
|
İşgüzar proqram
|
|
|
|
Zəngin işgüzar proqram: mətbuat konfransları, iştirakçı ölkələrin nümayəndə heyətləri tərəfindən təqdimatlar, aparıcı turoperatorlar və mehmanxana sahiblərinin tematik seminarları. UNWTO tərəfindən keçirilən texniki seminarlar.
|
|
|
|
|
|
Yeni sərgi kompleksi
|
|
|
|
Qafqaz regionunda analoqu olmayan müasir və yeni sərgi kompleksi. Geniş çeşiddə hazır və fərdi stend konstruksiyaları.
|
"AITF" sərgisində nümayiş etdirilir
- Hava yolları, aviadaşıyıcılar və avia-agentlər
- Turoperatorlar və turagentlər
- İştirakçı ölkələrin milli turizm təşkilatları (MTT)
- Mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar
- Fəal və sərgüzəştli istirahət
- İşgüzar səfərlərin təşkili
- Müalicəvi-sağlamlaşdırıcı və SPA istirahət
- İdman və ekoloji turizmi
- Maarifləndirici turizm, yay məktəbləri
- Kübar istirahət və VİP səyahətlər
- Mehmanxana və səyahət turlarının bronla sifarişi üçün kompüter sistemləri
|