Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi xəbərləri

27.02.2014 10:55

“East Line Tourism” şirkətinin müştərilərini əsil qonaqpərvərlik, gözəl istirahət və unudulmaz təəssüratlar gözləyir!

Biz 13-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisində iştirak edən şirkətlərin təqdimatını davam etdiririk və bu gün sizi Dubay Əmirliyinin “East Line Tourism” şirkəti ilə tanış edəcəyik.

2005-ci ildən etibarən Birləşmiş Ərəb Əmirliklərinin turizm bazarında uğurla fəaliyyət göstərən “East Line Tourism” (Dubay) şirkəti Rusiya və MDB ölkələrindən olan həm korporativ, həm də fərdi müştəriləri daxili turizm üzrə keyfiyyətli və etibarlı xidmətlərlə təmin edir. Fəaliyyət göstərdiyi bütün illər ərzində “East Line Tourism” şirkəti hamının, o cümlədən turist və tərəfdaşlarının razı qalmaları üçün yüksək səviyyədə çalışır.

Zəngin iş təcrübəsinə malik olan “East Line Tourism” şirkəti mehmanxanalarda yerləşmə, Birləşmiş Ərəb Əmirliklərinə vizaların açılmasında köməklik və digər yerüstü xidmətləri təqdim edir.

Şirkətin təcrübəli və peşəkar menecerləri biznes-turizm, o cümlədən işgüzar səfərlər, sərgilər, konfranslar və korporativ tədbirlərin təşkili sahəsində yüksək keyfiyyətli xidmətlər göstərirlər. “East Line Tourism” şirkəti “VIP”-turizmə də xüsusi diqqət yetirir, belə ki, “VIP”-turizm sahəsində birinci dərəcəli mütəxəssislər olan menecerlər müştərinin hər bir istək və arzularına xüsusi qayğı ilə yanaşaraq və müştərilərə mükəmməl xidmət göstərilməsinə dair zəmanət verməklə, ən yüksək səviyyəli istirahətin keyfiyyətli şəkildə təşkilini təmin edirlər.

“East Line Tourism” (Dubay) şirkətinin xidmətləri arasında zəngin ekskursiya proqramı da diqqətəlayiqdir. Peşəkar bələdçi və komfortlu nəqliyyat xidmətləri Birləşmiş Ərəb Əmirliklərini ziyarət edən turistlərə həqiqətən də unudulmaz və maraqlı təəsüratlar bəxş edəcək. “East Line Tourism” şirkətinin ekskursiya proqramları ildən-ilə daha da maraqlı və müxtəlif olur.

Şirkəti fərqləndirən ən əsas və başlıca cəhət isə onun hər bir turistə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır. “East Line Tourism” şirkətinin yüksək səviyyəli və peşəkar xidmətləri əməkdaşların peşəkarlığı və yüksək keyfiyyətli xidmətlərinin nəticəsidir.

“East Line Tourism”  şirkətinə müraciət edən müştərilər əmin ola bilərlər ki, onları əsil qonaqpərvərlik, maraqlı istirahət və unudulmaz təəssüratlar gözləyir!

Sizi 3-5 aprel 2014-cü il tarixində keçiriləcək “AITF 2014” sərgisində stendimizə dəvət edirik!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek