Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi xəbərləri

04.04.2014 10:58

“HotelsPro” şirkəti “AITF 2014” sərgisində iştirak edir

Üç qitədə - Avropa, Asiya və Amerikada ofisləri olan “HotelsPro” şirkəti otellər və turizm xidmətləri üzrə ən iri təchizatçılardan biridir. Biz turizm agentləri, turoperatorlar və turizm sənayesinin digər nümayəndələri üçün öz geniş çeşidli turizm məhsullarımızdan istifadə edirik. Hər zaman mövcud (vakant) olan otel nömrələri və xalis qiymətlər barədə məlumatları (daxil olan sorğuların operativ şəkildə cavablandırılması da daxil olmaqla) “onlayn” rejimində əldə etmək mümkündür.

HotelsPro” şirkəti xüsusi olaraq turizm agentləri və turoperatorlar üçün işlənib hazırlanmış  tam interaktiv “onlayn” rezervasiya sistemini təklif edir.

HotelsPro” şirkətinin xüsusiyyətləri və üstünlükləri:

*        Bütün dünya üzrə 190 ölkədə (15000 turizm istiqaməti) 120000-dən artıq oteldə xalis və ya komisyon haqqı tutulan qiymətlər.

*        Aralıq və Karib dənizi regionlarında özünəxidmət servisi ilə 2400-dən artıq kurort və apartamentlər.

*        Tam pulsuz qeydiyyat və istifadəsi sadə olan sistem.

*        Bir çox xarici dildə (məs.: fransız, alman, italyan, ispan, portuqal, rus, isveç, norveç, fin, rumın, macar, xorvat, bolqar, polyak, tay, çin, ərəb, koreya və yapon dilində) danışa bilən personal.

*        Ödənişin son müddətinə kimi pulsuz rezervasiya zəmanəti.

*        Xidmət bölməsi. Avropa və ABŞ-da həftənin yeddi günü 24 saat ərzində fövqəladə xətlər.

*        Ödənişin bir neçə variantı (kredit kartları, pul köçürmələri və depozit sistemi).

*        PDF formatında şirkətin loqotipi olan vauçer.

*        Otellər və əyləncələr barədə ətraflı məlumat (yüksək keyfiyyətli rəqəmsal fotoşəkillərlə).

*        “Son anda” sifariş imkanı.

Daha məhsuldar və praktiki biznes fəaliyyəti üçün “XML” həll variantı.

Xalis qiymətlə “XML” inteqrasiyası: siz “XML” inteqrasiyasının köməyi ilə öz saytınızda ən yaxşı qiymətlərlə 120000-dən artıq otelə giriş əldə edə bilərsiniz.

10000-dən artıq turizm agentliyi “HotelsPro” şirkətinə etibar edir və sistemin xidmətlərindən hər gün istifadə edirlər.

HotelsPro” şirkəti hər il dünyanın aparıcı turizm sərgilərində iştirak edir və bu da öz növbəsində əməkdaşlıq üçün lazımı şəraiti təmin edir. 2014-cü ilin əvvəlində şirkət “FITUR” (Madrid), “Holiday&Spa Expo” (Sofiya), “EMITT” (İstanbul), “ITB” (Berlin), “TTR I” (Buxarest) və “MITT” (Moskva) sərgilərində iştirakçısı qismində çıxış etmişdir.

Hazırda “HotelsPro” şirkəti Bakı şəhərində keçirilən ən mühüm tədbirlərdən birində - “AITF 2014” sərgisində üçüncü dəfədir ki iştirak edir. Şirkətin Avropada satış üzrə regional direktoru Şahruz İRİ fürsətdən istifadə edərək sərgi rəhbərliyinə öz minnətdarlığını bildirib:           “ - Biz “AITF 2014” sərgisi sayəsində Azərbaycan şirkətləri üçün etibarlı “onlayn” rezervasiya sistemini təmin edərək Qafqaz regionunda şirkətimizin mövqeyini möhkəmləndirmək istəyirik”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek