Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi xəbərləri

31.03.2014 10:12

ZEMEXPERT: “Biz sizə fərqli Türkiyəni göstərəcəyik!”

“Zemexpert” şirkəti ənənəvi turizm biznesi sahəsində fəaliyyət göstərən kreativ şirkətdir. XXI əsrin turizm və məsləhət xidmətləri daim sifarişçilərin təxəyyülündən bir addım öndə olmalıdır və məhz bu cür yanaşma tərzi “Zemexpert” şirkətində prioritet hesab olunur.

Bizim fikrimizcə, turizm biznesində əsas məqsəd təklif olunan xidmətlər çeşidini daim genişləndirmək və qonaqlarımızın arzu və istəklərini yerinə yetirmək üçün həmin xidmətləri çevik, nizamlı və xətasız şəkildə bir araya gətirməkdir.

“Zemexpert” şirkətində yüksək ixtisaslı mütəxəssislərdən ibarət kollektiv (turizm menecerləri, bələdçilər, ekspertlər və vəkillər) çalışır. Biz unikal turizm məhsullarını yaradaraq təşviq etməklə yanaşı, ən geniş xidmətlər siyahısından fərdi proqramlar tərtib etməyə də hazırıq. Mütəxəssislərimiz hər qonaq üçün onun istək, maddi imkan və maraqları çərçivəsində lazımı turizm məhsulunu seçirlər.

Şirkətimizdə Rusiya və MDB ölkələrinin turoperatorları üçün artıq formalaşdırılmış turizm paketləri var: biznes-turizm (MICE), tibbi turizm və sanatoriya-kurort müalicəsi, uşaqların yay istirahəti, habelə tarixi, dini və alternativ turlar, o cümlədən sərmayələrə dair ekspert məsləhəti / sövdələşmələrin hüquqi müşayiəti və VIP xidmətlər.

Bu, “Zemexpert” şirkətinin ən məşhur xidmətlərinin yalnız qısa siyahısıdır, lakin şirkət əsas diqqətini kompleks turlara yönəltmişdir. Belə ki, sifarişçilərimiz onları maraqlandıran obyektləri özləri üçün rahat marşrut vasitəsilə ziyarət etmək imkanına malikdirlər.

 

Turizm xidmətləri ilə yanaşı, şirkətimiz Türkiyədə işlərin aparılmasında biznesmenlərə köməklik də göstərə bilər, belə ki, biz türk firmaları ilə sövdələşmələr üzrə hüquqi məsələləri həll və müşayiət edirik. Həmçinin, biz sahibkarlara iş ilə istirahəti uğurlu şəkildə uzlaşdırmağı təklif edirik, çünki keyfiyyətli istirahət də əsaslı təşkilatçılıq tədbirlərini tələb edir. Beləliklə, siz vaxt itkisinə yol vermədən, maksimum fayda əldə edəcəksiniz. Bu isə xüsusilə VIP səviyyəli sifarişçilər üçün çox vacibdir. Biz tələb olunan bütün xidmətləri (şəhər daxilində sürətli və təhlükəsiz transfer, yaşayış üçün mükəmməl şərait, danışıqların aparılması və sövdələşmələrin bağlanması üçün ən münasib mühit, eləcə də eksklüziv istirahət) təşkil edə bilərik.

Bu gün Türkiyədə yüksək səviyyəli istirahət və biznesin təşkili kifayət qədər real bir məsələdir. Biz isə sizə zəngin tarixə və mədəniyyətə malik, o cümlədən geniş istirahət və biznes imkanları olan rəngarəng və maraqlı, bir sözlə, fərqli Türkiyəni göstərəcəyik!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek