Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





İştirakçı xəbərləri

28.03.2014 16:09

“Charme & Adventure” – hisslərdən doğan canlı emosiyalar!

“Charme & Adventure” şirkəti “Cinehollywood Group” şirkətlər qrupunun multimedia kommunikasiyaları sahəsində 30 illik təcrübəsi nəticəsində yaranıb. “Cinehollywood Group” şirkətlər qrupu “National Geographic”, “History Channel” və “Discovery Channel” telekanallarının tərəfdaşıdır.

Bu tərəfdaşlıq planetimizin hər bir guşəsində mövcud olan, lakin görünməyən gözəllikləri və heyrətamiz yerləri kəşf etməklə yanaşı, səyahət üzrə ixtisaslaşdırılmış təşkilatçılıq bacarıqlarına yiyələnməyimizə də kömək etmişdir və biz bu bacarıqlarımızdan faydalanaraq dünya bazarında ən yüksək keyfiyyətli xidmətlər təklif edən innovasiyalı turoperator olmağı qərara almışıq.

“Charme & Adventure” şirkəti iki fərqli fəaliyyət istiqaməti çərçivəsində cəlbedici perspektivlərlə zəngin olan və sifarişçilərin tələblərini nəzərə alan səyahətlər təklif edir:

“Charming Travel” - İtaliyada bu ölkənin tarix, incəsənət, təbiət, mədəniyyət və qastronomik sahələrdə ən müstəsna və zəngin gözəlliklərinin axtarışındadır. Bizim dəbdəbəli (lüks) turlarımız sizə unudulmaz anlar və xoş təəssüratlar bəxş etmək üçün xüsusi qayğı ilə hazırlanır.

“Adventure Travel” - İtaliya və xarici ölkələrdə idman və macəra həvəskarları üçün turizm marşrutlarını, o cümlədən eksklüziv dağ turizmi, alpinizm, motosiklet və velosipedlə istirahət turlarını təşkil edir.

Təklif etdiyimiz maraqlı turlar, eləcə də turistlər üçün yaşayış yerləri (otellər və s.) bütün xırdalıqlara və xidmətlərə xüsusi qayğı ilə yanaşmaqla təşkil olunur ki, siz səfərinizdən tam zövq alaraq öz evinizə xoş xatirələrlə qayıdasınız!

Şirkətimizin bütün turizm paketləri ilə tanış olmaq üçün www.charmeadventure.com internet ünvanında yerləşən veb-saytımızı ziyarət edə bilərsiniz.

Sizi 3-5 aprel 2014-cü il tarixində keçiriləcək “AİTF” sərgisində stendimizə dəvət edirik!

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek