İştirakçı xəbərləri31.03.2014 10:43 Stavropol diyarı “AITF 2014” sərgisinə böyük nümayəndə heyəti ilə gəlir
3-5 aprel tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində 13-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisi keçiriləcək. Bu il sərginin fəal iştirakçılarından biri də Stavropol diyarıdır. Rusiyanın ən böyük kurort zonası Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi böyük nümayəndə heyəti tərəfindən təmsil olunacaq. Stavropol Hökumətinin sədr müavini Andrey Murqa, iqtisadi inkişaf naziri Yuliya Kosareva, Ticarət və Sənaye Palatasının prezidenti Boris Obolenets və digər yüksək vəzifəli şəxslər Azərbaycana səfər edəcəklər. Stavropolun stendində Azərbaycanda yaxşı tanınan sanatoriyalar nümayiş etdiriləcək (məs.: “Sentrosoyuz-Kislovodsk”, “Rodnik”, “Rossiya”, “Maşuk”, “Şaxtyor”, “Rus”, “Metallurq”, “Moskva” və s.). Qafqaz mineral su kurortları ürək-damar sistemi xəstəliklərinin (məs: işemiya xəstəliyi, hipertoniya, mitral klapan çatışmazlığı), habelə tənəffüs və sinir sisteminin, həzm orqanlarının və endokrin sistemi xəstəliklərinin, eləcə də ginekoloji, uroloji və digər xəstəliklərin müalicəsini təklif edir. Bundan əlavə, mineral suların şüşə qablara doldurulması üzrə ixtisaslaşan iri müəssisələr - “Narzan ASC” və “ABP Holdinq” MMC də sərgidə iştirak edəcək. “AITF 2014” sərgisinin iştirakçıları əməkdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsində maraqlı olan Azərbaycan şirkətlərini 3-5 aprel tarixində Stavropol diyarının milli stendini ziyarət etməyə dəvət edirlər. Sərginin təşkilatçılar həmçinin bildirirlər ki, artıq indidən bütün maraqlı şəxslər tppskovd@gmail.com elektron poçtu vasitəsilə potensial tərəfdaşlarla görüş təyin edə bilərlər. Əlaqə üçün şəxs: Popova Marina Viktorovna.
bütün xəbərlər
|