Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





03.09.2013 14:01

“AITF” sərgisi 200-dən çox iştirakçını bir araya gətirəcək

Yay turizm mövsümü ərəfəsində, 3-5 aprel tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində 13-cü Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisi keçiriləcək. Turizm sahəsinin peşəkarları üçün illik görüş yerinə çevrilmiş “AITF” sərgisi regionda müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanmağa müvəffəq olmuşdur. “AITF 2014” sərgisi xüsusi olaraq Azərbaycan bazarı üçün eksklüziv turizm təkliflərini təqdim etməyə hazırlaşan 200-dən çox iştirakçını bir araya gətirəcək. Hazırda isə “AITF” sərgisi “Bütün dünya - bir sərgi” şüarını doğruldaraq, 60-dan çox turizm istiqamətinin təqdim olunacağını elan edib. Ənənəvi olaraq, sərgidə bir sıra ölkələr öz milli ekspozisiyaları ilə iştirak edəcəklər. Macarıstan, Misir, Hindistan, Malayziya, BƏƏ, Sloveniya, Tailand, Fransa və Çernoqoriya isə sərgidə iştirak edəcəklərini artıq təsdiqləmişlər. Sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirəcək geniş regional ekspozisiya da nəzərdə tutulmuşdur. Son illərdə “Müalicəvi turizm” sektorunun iştirakçıları sərgiyə böyük maraq göstərirlər, belə ki, builki iştirakçılar arasında həm MDB, həm də Avropa ölkələrinin sanatoriyaları, istirahət evləri və müalicə mərkəzləri çıxış edirlər. “Xaricdə daşınmaz əmlak” sektorunda iştirak edən şirkətlərin də sayı artmışdır. Builki sərginin fərqli cəhəti isə odur ki, tədbir zamanı təqdimatlar, seminarlar, viktorinalar və müxtəlif mədəni və əyləncəli tədbirləri ehtiva edən zəngin işgüzar proqram təşkil olunacaq.

Turizm sərgisi ilə eyni meydançada regionun otel (qonaqpərvərlik) və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - “Horex Caucasus 2014” 8-ci Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiriləcək. Sərgi zamanı stendlərdə tekstil dizayn və müxtəlif interyer dekorları üzrə həll variantları, mehmanxanalar üçün kosmetika və ətriyyat məhsulları, peşəkar mətbəx avadanlıqlar, restoranlar üçün çini və şüşə qablar, təmizləyici vasitələr və müasir təmizlik avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və bir sıra digər məhsullar nümayiş olunacaqdır.

“AITF” sərgisi təsis edildiyi vaxtdan etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Həmçinin, “AITF” sərgisi Ümumdünya Turizm Təşkilatı (WTO), Beynəlxalq Turizm Sərgiləri Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi səviyyədə dəstəklənir.

Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı - Böyük Britaniyanın “ITE Group plc” şirkətidir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek