Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

28.03.2014 17:07

“AITF 2014” sərgisində tibb və spa sektoru geniş şəkildə nümayiş etdiriləcək

3-5 aprel tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində 13-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisi keçiriləcək və bu sərgidə tibb və spa sektoru geniş şəkildə nümayiş etdiriləcəkdir.

Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Rusiya, Sloveniya və Türkiyənin tibb mərkəzləri, habelə kurort və sanatoriyaları müalicəvi-sağlamlaşdırma və spa turizmi sahəsində ən yeni nailiyyətlərini nümayiş etdirəcəklər.

“Sarafianos Private Clinic” (Yunanıstan), “UAB SK Imeks Meditinos” (Litva) və “MAX Grundig Klinik Bühlerhöhe” (Almaniya) kimi məşhur klinikalar isə builki sərginin debütantlarıdırlar. Rusiyanı bu sərgidə Azərbaycanda yaxşı tanınan Qafqaz mineral sularının sanatoriyaları (“Tsentrosoyuz-Kislovodsk”, “Rodnik”, “Rosiya”, “Maşuk”, “Şaxtyor”, “Rus”, “Metallurq”, “Moskva” və s.) təmsil edəcək.

“Chinar SPA Naftalan”və “Naftalan Hotel by RIXOS” kimi Azərbaycan sanatoriyaları Naftalan neftinin bütün dünyada məşhur olan müalicəvi xüsusiyyətlərini nümayiş etdirəcəklər. Həmçinin, Litva (“Lithuanian Medical Tourism Cluster” - “LITCARE”) və Türkiyənin (“Turkish Healthcare Travel Council”) tibbi turizm üzrə ixtisaslaşan iri təşkilatları da bu sərgidə iştirak edəcəklər.

Sərgi çərçivəsində sağlamlaşdırıcı istirahət (turizm) sənayesinin mütəxəssisləri bu sahənin dünyaca məşhur aparıcı mütəxəssisləri ilə əməkdaşlıq münasibətləri yaratmaq, təcrübə mübadiləsi aparmaq, öz imkanlarını nümayiş etdirmək və məhsuldar əlaqələr qurmaq üçün də unikal imkanlar əldə edəcəklər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek