Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

02.04.2014 12:16

13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2014”) sərgisi 3 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürəcək.

Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2014”) sərgisi 3 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürəcək. “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrini bütün koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır və artıq 13 ildir ki, bütün turizm sənayesi nümayəndələrinin görüşü üçün beynəlxalq platforma kimi fəaliyyət göstərir. “AITF” sərgisi təsis olunduğu gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Həmçinin, sərgiyə Ümumdünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir. Sözügedən sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFİ”) tərəfindən təqdirə layiqə görülüb.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər. “ITE Group plc” şirkətinin tərəfdaş və agentlərindən ibarət şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) beynəlxalq şirkətlərin Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edilməsində fəal rol oynayırlar. Sərgilərin rəsmi otelləri “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru isə “Greenwich Travel Club” şirkətidir. 2014-cü ildə keçiriləcək bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir.

Builki sərgi iştirakçıların tərkibi üzrə rekord göstəriciləri ilə fərqlənir, belə ki, 38 ölkədən 351 şirkət və təşkilat dünyanın istənilən ölkəsinə unikal turların təşkilinə kömək edəcək. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici eksponentlər təşkil edirlər və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40%-ni yerli şirkətlər təşkil edir.

Daha bir rekord isə sərgidə milli stendlərin fəal iştirakıdır, belə ki, sərgidə öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Azərbaycan, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Zaqreb (Xorvatiya), Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Diyarı (Rusiya), Tailand, Türkiyə, Soçi (Rusiya), Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edəcək. Azərbaycanda keçirilən bu turizm sərginin daimi iştirakçılarından biri, dəfələrlə “ATIF” sərgisinin tərəfdaşı olmuş Bolqarıstan isə bu il sərgiyə qeydiyyat üzrə sponsor qismində çıxış edir.

Sərgiyə VIP səviyyəli qonaqların səfərləri beynəlxalq peşəkarlar ictimaiyyəti tərəfindən göstərilən marağı bir daha vurğulayır, belə ki, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Çernoqoriyadan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Stavropol Diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri gəliblər. “AITF 2014” sərgisinin keçiriləcəyi tarixdə turizm sənayesi üzrə mühüm tədbirin – BMT-nin Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və turizm klasterlərinin səmərəli inkişafı üzrə seminarın keçirilməsi nəzərdə tutulmuşdur. Bu görüş ümumilikdə sənaye üçün əlamətdar hadisə olacaq və turizm sahəsində Azərbaycanın beynəlxalq əlaqələri daha da gücləndirməsinə şərait yaradacaqdır. İclas və seminar iştirakçıları sərgi üzrə VIP-turda iştirak edəcəklər.

Üç gün ərzində sərgi turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək və turizm bazarının əsas fiqurlarını – turagentlik və turoperatorlar, milli qruplar, beynəlxalq nümayəndəliklər, yerüstü, hava və dəniz daşımaları üzrə şirkətlər, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələri, turizm və ticarət assosiasiyaları, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir araya gətirəcəkdir. “BÜTÜN DÜNYA - BİR SƏRGİ” şüarını tam doğruldan “AITF” sərgisində 80-dən çox turizm marşrutu nümayiş etdiriləcək. Bu, Azərbaycanlı turistlərin istirahəti baxımından daha kütləvi xarakter daşıyan istiqamətlərdir, məs.: Misir, Gürcüstan, Macarıstan, Malayziya, BƏƏ, Sloveniya, Tailand, Çernoqoriya və s. Eyni zamanda, Azərbaycanda keçirilən hər bir sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin elan edilməsi üçün tribuna rolunu oynayır. Builki sərginin yeni ölkə və istiqamətləri Argentina, Dominikan Respublikası, Çin və Zaqreb şəhəridir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya milli stendləri sərgidə yenidən iştirak edəcəklər. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri yer alır.

Bu il sərgidə “Tibbi turizm” istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirəcək. Həmçinin, sərgidə ilk dəfə olaraq Litva (Litva Tibbi Turizm Klasteri – “LITCARE”) və Türkiyənin (Türkiyə Tibbi Turizm Assosiasiyası –“THTC”) tibbi turizm xidmətləri üzrə klasterlərin himayəsi altında olan şirkətlər də iştirak edəcəklər. Sərginin bu il inkişaf etdirdiyi daha bir sektor isə “Xaricdə daşınmaz əmlak” sektorudur. Bu sektorda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı / icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər.

Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm menyusunu zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhərinin Turizm və mədəniyyət departamenti iştirak edirlər. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir. Regional ekspozisiya çərçivəsində 60-ya yaxın otel iştirak edəcək (bu otellərin bir neçəsi qlobal mehmanxana şəbəkələrinə daxildir). Bundan əlavə, Azərbaycan Turizm Assosiasiyası öz stendində Azərbaycanın aparıcı otellərini və turizm agentliklərini bir araya gətirəcək.

Sərgi çərçivəsində iştirakçıların stendlərində təqdimat və seminarların keçirilməsi, habelə müxtəlif lotereya və putyovkaların oynanılması planlaşdırılıb. Sərgi ilk iki iş günü ərzində yalnız turizm sənayesinin mütəxəssisləri üçün açıq olacaq və bu mütəxəssislər sərgi meydançasından danışıqların aparılması, tərəfdaş axtarışı, bazarda imicin gücləndirilməsi və digər həmkarların yeniliklərinin qiymətləndirilməsi üçün işgüzar platforma kimi istifadə edə biləcəklər. Aprel ayının 5-də isə sərgiyə giriş fərdi şəxslər üçün də açıq olacaq. Ziyarətçilərin müraciətini nəzərə alaraq, sərginin sonuncu iş günü şənbə gününə keçirilmişdir ki, burada da istirahət üçün gözəl ideyalarla tanış olmaq mümkün olacaq.

“AITF” sərgisi ilə eyni zamanda regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri -    8-ci Qafqaz Beynəlxalq “Otel, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2014”) sərgisi keçiriləcək. Sərgi çərçivəsində şirkətlər yüksək səviyyəli turizm xidmətlərini nəzərdə tutan müasir təmayülləri və yeni texnologiyaları, habelə istehsalçıların konseptual tapıntılarını, yüksək səviyyəli xidmət və peşəkar etika standartlarını nümayiş etdirəcəklər.

“AITF” və “Horex Caucasus” sərgiləri ilə bağlı ən son xəbərlər operativ olaraq sərgi saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək. Həmçinin, bu sərgilərdə iştirak edən şirkətlər barədə rəsmi kataloq çap olunub və sərginin rəsmi qəzetinin (“Daily News. AITF 2014”) buraxılışı planlaşdırılıb. Bu qəzetdə sərgi iştirakçıları və tədbirlər barədə məlumatlar çap olunacaq. Bundan əlavə, sərgi ziyarətçilərinin rahatlığı üçün “N. Nərimanov” metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz avtobuslar təşkil edilmişdir. Təşkilatçılar http://aitf.az/2014/?p=visitors_fast_register internet səhifəsində fəaliyyət göstərən elektron xidmət - “onlayn” qeydiyyatdan fəal şəkildə yararlanmağı tövsiyə edirlər, belə ki, cəmi bir neçə dəqiqə çəkən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyat zamanı sərf olunan vaxta xeyli qənaət etməyə imkan yaradır.

Beləliklə, sərgi geniş turizm imkanları ilə tanışlıq üçün 3-4 aprel tarixində turizm sənayesinin peşəkarları, 5 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq. Eyni zamanda, sözügedən sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara nümayiş etdiriləcək və bu, Azərbaycanın parlaq turizm istiqaməti kim təşviqinə xidmət edəcəkdir. İştirakçılar və ziyarətçilər arasında peşəkar ünsiyyət üçün unikal imkanlar təqdim etməklə yanaşı, sərgi dünya təcrübəsinin mənimsənilməsi və məhsuldar əlaqələrin qurulmasına da kömək edəcək.

Sərgi öz işini 5 aprel tarixində başa çatdıracaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek