Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

04.04.2014 19:42

“Duzdağ” otelindən unikal təkliflər!

Əli Abdullayev, “Duzdağ” fizioterapiya mərkəzinin marketinq üzrə şöbə müdiri:

Duzlu fizioterapiya mərkəzlərində astma və bronxit xəstəliklərinin səmərəli müalicəsi hazırda bütün dünyada məşhurdur. Bizim fizioterapiya mərkəzimiz “Duzdağ” otelində yerləşir. 2008-ci ildə təsis edilmiş bu mərkəz hazırda müasir texnologiyanın bütün tələblərinə cavab verir. Mərkəzimizə Azərbaycan vətəndaşları ilə yanaşı, həm də digər ölkələrdən - MDB və Avropadan qonaqlar da gəlirlər. “Duzdağ” oteli mərkəzimizə gələn qonaqların tələblərini qarşılamaq üçün inşa olunub və burada müxtəlif (standart və lüks) nömrələr var.

Otel qonaqlarımızın istirahət və əyləncəsi üçün geniş imkanlar təklif edir. Prosedurlar əsasən axşam vaxtı keçirilir, gündüz isə biz istirahət üçün müvafiq şərait yaratmağa çalışırıq. Məsələn, kompleksin ərazisində 3 hovuz, idman zalı, tennis kortu və bilyard zalı yerləşir.

Fizioterapiya mərkəzimiz təsis ediləndən bəri biz hər il “AITF” sərgisində iştirak edirik. Bu cür sərgilər mühüm əhəmiyyət kəsb edir və biznesimizin inkişafına, habelə kompleksimizin tanınmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xarici turoperatorların sərgidə iştirakı isə bir çox potensial müştərini şirkətimiz barədə məlumatlandırmamıza şərait yaradır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek