Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

04.04.2014 19:52

Yunanıstanın nadir abidələri…

Polikarpos Estatiu, Yunanıstan milli turizm təşkilatının MDB ölkələri üzrə nümayəndəliyinin direktoru:

-        Bu il Yunanıstan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisində ötən il ilə müqayisədə daha böyük və məzmunlu stendlə iştirak edir. Möhtəşəm “AITF 2014” sərgisi Azərbaycanın sakinləri və qonaqları üçün də çox maraqlı bayrama çevrilib. Yunanıstan milli stendi “Nomos Travel” turizm şirkəti, Rodos adasından “Atrium Hotels&Resorts” otellər şəbəkəsi, Yunanıstanın aparıcı turoperatoru - “Mouzenidis Group”, ən böyük özəl “Aegean Airlines” aviaşirkəti və s. tərəfindən təmsil olunur.

Bizim bütün səylərimiz Azərbaycanlıları qarşıdan gələn yay mövsümündə Yunanıstanın turizm imkanları ilə hərtərəfli surətdə tanış etməyə yönəldilib. Biz Azərbaycanlı turistlər arasında ən populyar yunan adaları - Rodosa və Kritə iki birbaşa aviareys açdırmaq üçün əlimizdən gələni əsirgəmirik. Yunanıstan öz zəngin tarixi və ənənələri ilə qonaqları cəlb edir və bizdə çimərlik turizmi xeyli inkişaf etmişdir. Qeyri-adi gözəlliyə malik olan adalar məzuniyyət üçün çox uyğundur, paytaxt Afina şəhərində isə nadir abidələr – Akropol, Dionis teatrı, Afina aqorası, Olimpiyalı Zevsin məbədi, Gefestin məbədi və s. var. Bütövlükdə, Afinada iki yüzdən çox muzey və şəxsi qalereya fəaliyyət göstərir.

Stendimizdə ziyarətçilər müasir Yunanıstanın əsas turizm imkanları və proqramları ilə tanış ola və bunun sayəsində də bizim ölkə üzrə səfərlərin ən münasib marşrutunu tərtib edə bilərlər.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  13/08/2022 14/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek