Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





18.07.2013 15:45

BÜTÜN DÜNYA - BİR SƏRGİ

Aprel ayının 4-dən 6-dək Bakı Ekspo Mərkəzi sərgi kompleksində turizm sahəsinin ənənəvi ixtisaslaşdırılmış tədbiri olanAITF-2013” Azərbaycan BeynəlxalqTurizm və səyahətlər” sərgisi keçirildi. Artıq 12 ildir ki, “AITF” sərgisi regionun istirahət və səyahətlər sahəsinin inkişaf təmayülləri və yollarını müəyyən edir, turizm sahəsində ilin uğurlu olmasında mühüm rol oynayır, habelə bu sektorun gələcək inkişafına təkan verən amillərdən birini təşkil edir. Təsis edildiyi vaxtdan etibarən, “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. “AITF-2013” sərgisini ziyarət edərək dünyanın aparıcı turizm şirkətlərinin və beynəlxalq aviaşirkətlərin, habelə otel və restoranlar üçün avadanlıqlar istehsal edən şirkətlərin, eləcə də Azərbaycan regionlarının ekspozisiyaları ilə tanış olan Prezident İlham Əliyev tərəfindən sərgiyə göstərilən diqqət bu tədbirin əhəmiyyətini xüsusilə vurğulayır. Xarici eksponentlər turizm, informasiya və mədəniyyət mübadiləsi sahəsində Azərbaycanla davamlı işgüzar əlaqələr qurmaq istəyən ölkələrinin potensialını cənab Prezidentə nümayiş etdirdilər.

“AITF” sərgisinin beynəlxalq nüfuzu Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyasının (ITTFA) dəstəyi ilə bir daha sübut olunur. Sərgi həmçinin “AzPromo” və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. “AITF” sərgisi beynəlxalq sərgi birliyi “UFİ” (Ümumdünya sərgi sənayesi assosiasiyası) tərəfindən təqdir edilmişdir. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər.

Sərginin 4 aprel tarixində keçirilən rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və “ITE Group plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon çıxış etdilər.

Cənab nazir öz çıxışında qeyd etdi ki, sərginin nüfuzu gündən-günə artır. Belə ki, “AITF” sərgisi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, habelə yeni proqramlar və qiymətlər elan olunur.

“ITE Group plc” şirkətinin regional direktoru cənab Edvard Stroon sərgi iştirakçılarını salamlayaraq bildirdi ki, “AITF-2013” sərgisi Azərbaycanda turizm mövsümünün açılışını edir və bu, çoxsaylı turizm şirkətləri, habelə otel biznesi və servis xidmətləri üzrə təşkilatların fəallaşması üçün uğurlu bir başlanğıcdır”.

Sərgi stendləri üzrə “VIP”-turda Krımın kurortlar və turizm naziri Aleksandr Liyev və Stavropol regionunun kurortlar və turizm naziri Valentina Çentsova, habelə fövqəladə və səlahiyyətli səfirlər, iştirakçılar, ziyarətçilər və KİV nümayəndələri iştirak etdilər.

“AITF-2013” sərgisini ziyarət edərək dünyanın aparıcı turizm şirkətlərinin və beynəlxalq aviaşirkətlərin, habelə otel və restoranlar üçün avadanlıqlar istehsal edən şirkətlərin, eləcə də Azərbaycan regionlarının ekspozisiyaları ilə tanış olan Prezident İlham Əliyev tərəfindən sərgiyə göstərilən diqqət bu tədbirin əhəmiyyətini xüsusilə vurğulayır. Xarici eksponentlər turizm, informasiya və mədəniyyət mübadiləsi sahəsində Azərbaycanla davamlı işgüzar əlaqələr qurmaq istəyən ölkələrinin potensialını cənab Prezidentə nümayiş etdirdilər.

“AITF-2013” sərgisində müasir təmayüllərə xüsusi diqqət yetirməklə turizm xidmətlərinin geniş çeşidini təqdim edən dünyanın 35 ölkəsindən 251 şirkət iştirak etdi. Həmçinin, bu il 20 stend öz milli ekspozisiyaları ilə sərgiyə qatıldı və onların arasında Bolqarıstan, Kipr, Çexiya, BƏƏ, Gürcüstan, Rusiya, Sloveniya, Türkiyə və Misirdən olan daimi iştirakçılar da var idi. Bununla yanaşı, sərgi xarici iştirakçılara Azərbaycanın zəngin turizm potensialını əyani surətdə nümayiş etdirdi və bu, 2013-cü ilin turizm mövsümündə ölkəmizin diqqətəlayiq turizm marşrutu kimi populyarlaşmasına xidmət etdi.

Sərginin əsas bölümləri hava yolları, turoperatorlar, otellər və sanatoriyalar, həmçinin macəralı istirahət, işgüzar səfərlərin təşkili, habelə idman, ekoloji və elit turizm, o cümlədən “Tibbi turizm” istiqamətinin həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətlərlə təmsil olundu. Bu ilin yeniliyi isə sərgidə yeni “Xaricdə daşınmaz əmlak” bölümünün təqdim edilməsi oldu.

Sərginin elə ilk iş günündə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və Stavropol və Krımın əlaqədar nazirliklərinin nümayəndələri arasında ikitərəfli görüşlər, Avropa İttifaqının “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm şöbəsinin imkanlarının artırılması” adlı tvinninq layihəsinin təqdimatı keçirildi. Sərgi zamanı Dubayın “Atlantis Holidays” şirkətinin təqdim etdiyi “ah2020.com” ünvanlı yeni “online”-sifariş sisteminin təqdimat mərasimi keçirildi.

İştirakçılar sərgidən faydalanaraq yeni aviareysləri və endirim proqramlarını elan etdilər və turizm istiqamətlərinin təqdimatını həyata keçirdilər. Belə ki, Yunanıstanın “Aegean Airlines” aviaşirkəti 28 may 2013-cü il tarixində açılması planlaşdırılan Bakı-Afina birbaşa aviareysini təqdim etdi. Azərbaycanın milli hava daşıyıcısı - “AZAL” konserni isə Bolqarıstana yeni aviamarşrutu təqdim etdi. Macarıstan stendində verilən məlumata görə, bu ilin yay ayında həftədə iki dəfə həyata keçiriləcək Budapeşt-Bakı birbaşa aviareysinin açılması planlaşdırılır. Demək olar ki eyni vaxtda, yəni iyun ayında Azərbaycan və Çernoqoriya arasında həftədə bir dəfə birbaşa çarter reysləri həyata keçiriləcək. Sərgidə həmçinin Azərbaycanda öz bazarını genişləndirmək və qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrini fəallaşdırmağı planlaşdıran İranın “Araz” azad iqtisadi zonasının imkanları təqdim edildi.

2013-cü ildə sərgi növbəti dəfə “UFİ” Ümumdünya sərgi sənayesi assosiasiyasının sertifikatına layiq görüldü. Üç gün ərzində sərgini ümumilikdə dünyanın 27 ölkəsindən 5.000 nəfərdən çox insan ziyarət etdi. Ziyarətçilərin 70%-ni turizm sahəsinin mütəxəssisləri təşkil edirdi. Hər gün stendlərdə orta hesabla 8-9 işgüzar görüş keçirilirdi. Bu görüşlər müqavilələrin imzalanması ilə nəticələnir və ya yaxın gələcəkdə əməkdaşlıq üçün perspektivlər yaradırdı. Orta statistik göstəricilərə əsasən, sərgi çərçivəsində sahə mütəxəssisləri arasında 4.000-dən artıq mühüm beynəlxalq əlaqə yaradıldı. Daha bir yenilik isə ondan ibarət idi ki, sərgi ilk iki  gün ərzində yalnız peşəkar ziyarətçilər üçün açıq oldu və iştirakçıların razılıqla söylədikləri fikrə əsasən, demək olar ki, hər bir ziyarətçi onların potensial tərəfdaşı idi. Nəticədə iştirakçılar gələn il keçiriləcək sərgidə də özləri üçün yer sifariş etdilər.

Bu il “AITF” sərgisi xarici KİV-lərin fəal diqqətini özünə cəlb etdi. Sərgidə Türkiyə və İran televiziya kanalları iştirak etdilər. “Euronews” kanalının çəkiliş qrupu xüsusi olaraq sərgi haqqında reportaj hazırlamaq üçün təşrif buyurmuşdu. Reportajı aşağıda göstərilən keçid vasitəsilə izləmək mümkündür: www.euronews.com/2013/04/09/tourism-on-sale-in-azerbaijan. Sərgi ilə bağlı olaraq keçirilən axşam ziyafətində xoş bir gözlənilməz hadisə baş verdi: “Avroviziya-2013” yarışmasında Ukraynanı təmsil edəcək namizəd iştirakçılar üçün çıxış etdi. Zlata Krım milli stendini müşayiət edən nümayəndə heyəti ilə birlikdə gəlmişdi.

Beləliklə, “AITF-2013” sərgisi bütün gözləntiləri doğruldaraq beynəlxalq turizm sərgisinin tarixində yeni səhifə açdı.

 

bütün xəbərlər

bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
AITF İLƏ BİRLİKDƏ
horex
VALYUTA MƏZƏNNƏSİ
  08/02/2023 09/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      AITF is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek