Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





13.02.2014 16:14

Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər

Hazırda 13-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2014”) sərgisi ilə bağlı ciddi hazırlıqlar gedir. Sözügedən sərgi 3-5 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yay turizm mövsümü ərəfəsində keçiriləcək. “AITF 2014” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır. Əsası qoyulan gündən etibarən, “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə həyata keçirilir. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group plc” şirkətidir.“AITF 2014” sərgisində 200-dən artıq şirkətin iştirakı gözlənilir və bu şirkətlər xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərinin təqdimatı ilə çıxış edəcəklər. Hazırda “AITF 2014” sərgisi 60-dan çox turizm istiqamətini elan etməklə, “Bütün dünya - Bir sərgi” şüarını doğruldur. Artıq 20 ölkə öz milli ekspozisiyası ilə iştirak etmək istədiyini bəyan edib. Bu ölkələr Azərbaycanlı turistlər üçün ənənəvi və kütləvi istirahət zonalarıdır (məs.: Bolqarıstan, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, Malayziya, BƏƏ, Sloveniya, Tailand, Çernoqoriya, Tunis, Mavriki və s.). Sərgidə ilk dəfə iştirak edən Argentina, Dominikan Respublikası və Keniya isə ziyarətçilər üçün yay mövsümünün yeniliyi ola bilər (qeyd etmək lazımdır ki, Argentina və Dominikan Respublikası öz milli stendləri ilə debüt edirlər). Azərbaycanla bağlı müxtəlif tur-paketlər öz təbii sərvətləri və milli koloritləri ilə insanı daim vəcdə gətirən Azərbaycan regionlarının geniş ekspozisiyası çərçivəsində nümayiş etdiriləcək.“AITF 2014” sərgi layihəsinin rəhbəri Xəyal Əliyeva “ITE Travel Events” turizm sərgisinin portfelinə daxil olan beynəlxalq türk sərgisini (“EMITT”) ziyarət etmişdir. “- Bildiyiniz kimi, Azərbaycan hər il bu turizm sərgisində öz milli pavilyonu ilə iştirak edir. Bu il isə bizim stendi daha çox sayda insan ziyarət etdi və peşəkar ziyarətçilərin turizm marşrutu olaraq Azərbaycana maraq göstərdikləri hiss olunurdu. “EMITT” sərgisinin bir çox iştirakçı və ziyarətçisi Azərbaycanda keçiriləcək “AITF 2014” sərgisində iştirak etmək istəklərini bildirmişlər ”, - deyə o, qeyd etmişdir.

bütün xəbərlər

bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
AITF İLƏ BİRLİKDƏ
horex
VALYUTA MƏZƏNNƏSİ
  08/02/2023 09/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      AITF is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek