Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





16.09.2015 10:56

AITF sərgisinin post-şou relizi

2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi keçirildi. Keçirildiyi illər ərzində “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirmişdir. Artıq 14 ildir ki, “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə əsas beynəlxalq görüş platformasına çevrilib. “AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onun xanımı Mehriban Əliyeva “AITF 2015” sərgisi ilə tanış oldular. Sərgidə xarici eksponentlər öz ölkələrinin potensialını, habelə Azərbaycanla turizm, informasiya və mədəni mübadilə sahələrində möhkəm işgüzar əlaqələr qurmaq niyyətində olduqlarını nümayiş etdirdilər. “AITF 2015” sərgisi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olundu. Ölkə başçısı sərginin işinə uğurlar arzuladı.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev ölkə rəhbərliyi tərəfindən bu sahənin inkişafına göstərilən daimi diqqəti vurğulayaraq “AITF 2015” sərgisində geniş surətdə təqdim olunan regional turizm qruplarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirdi. Həmçinin, cənab Nazir “AITF 2015” sərgisinin regionda təşkil olunan turizm tədbirləri arasında lider olduğunu qeyd etməklə yanaşı, onu da əlavə etdi ki, sərgi 2016-cı ildə öz yubileyini qeyd edəcək. Cənab Nazir hər kəsi bu yubileyin iştirakçısı olmağa dəvət etdi. Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Dr. Taleb Rifainin: "Azərbaycan dünya turizm üfüqünün ulduzuna çevrilmişdir və turizm marşrutu kimi öz layiqli yerini tutmuşdur" - sözlərini sitat gətirdi.

Sərginin təntənəli açılış mərasimində çıxış edən “ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə sərgilərə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək qeyd etdi ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycanı xaricdə, xüsusilə də "ITE Group" şirkətinin təşkil etdiyi sərgilərdə fəal şəkildə təbliğ edir. Sərginin təntənəli açılış mərasiminin sonunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə sertifikat təqdim olundu.

Yay turizm mövsümü astanasında “AITF” sərgisi turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirdi. Dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət “AITF 2015” sərgisi çərçivəsində 80-ə qədər turizm istiqamətini təqdim etdilər. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən ümumilikdə 17 milli və regional qrup iştirak edirdi. Bu il “AITF” sərgisi sayəsində Avstraliya, Keniya, Kolumbiya, Malayziya, Maldiv adaları, Meksika, BƏƏ və Seyşel adaları kimi ekzotik turizm marşrutları yerli səyahət həvəskarları üçün daha da yaxın olacaq. Azərbaycanlı turistlər arasında qədim Avropa əvvəlki kimi məşhurdur və buna görə də sərgidə Bolqarıstan, Çexiya, İsveçrə, Çernoqoriya, Fransa, Xorvatiya, İtaliya, Almaniya və Estoniyanı təmsil edən turoperatorlar uzun stend cərgələri ilə çıxış edirdilər. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var idi. Sərgidə ilk dəfə olaraq İslam otelləri də təmsil olunurdu.

Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Turizm Assosiasiyasının (AzTA) himayəsi altında iştirak edən yerli turoperatorlar öz müxtəlif təklifləri ilə çıxış etdilər. AzTA bu il sərgidəki stendini kifayət qədər genişləndirərək həm daxili, həm də xarici turizm sahəsində fəaliyyət göstərən Azərbaycanın hər bölgəsindən aparıcı otel və turizm agentliklərini bir arada toplamışdı. Bundan başqa, ölkə bölgələrinin - Qəbələ, Qax, Quba, Gəncə, Zaqatala, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan Muxtar Respublikası, İsmayıllı, Xaçmaz, Şəki, habelə Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, eləcə də Azərbaycanın hüdudlarından kənarda da tanınan qədim İvanovka kəndinin  parlaq ekspozisiyaları Azərbaycanın turizm potensialını nümayiş etdirdi. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi təqdim olundu. Beləliklə, sərgi iştirakçılarına bir sərgi çərçivəsində Azərbaycan bölgələrinin milli koloritini hiss etmək, eləcə də Azərbaycan xalqının zəngin folkloru, mətbəxi və adət-ənənələri ilə tanış olmaq imkanı yaradıldı.

“Tibbi turizm” təmayülünü təmsil edən iştirakçıların sayı da nəzərəçarpacaq dərəcədə artmışdır. Bu il Azərbaycan, Almaniya, Çexiya, Yunanıstan, İsrail, Litva, Sloveniya, Macarıstan və Türkiyəni təmsil edən 36 şirkət, tibb mərkəzləri, eləcə də müalicə ocaqları və sanatoriyalar müalicə-sağlamlıq və SPA  turizmi sahələrində əldə etdikləri ən son nailiyyətləri təqdim etdilər. Sərginin debütantları arasında “Erzurum İli Kamu Hastaneleri Birliği Genel Sekreterliği” (Türkiyə), Çexiyanın Tibb Mərkəzi “European Patient Service” və “KRV Medical Group” tərəfindən təqdim edilən İsrailin aparıcı klinikaları, “Symetria Hospital” (Yunanıstan), “MED LT” (Litva), “Slovak Healing Spa Turcianske Teplice” (Slovakiya) tibb mərkəzləri yer alırdı. Almaniyanın “Junisa GmbH” və “Johannesbad  Fachklinik AG & Co. KG” şirkətləri Münhen, Berlin, Bavariya və Almaniyanın digər şəhərlərinin bir sıra qabaqcıl klinikalarını təqdim etdilər. Yenicə təsis edilmiş Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyası (ASTTDA) ilk dəfə olaraq öz stendində Azərbaycanın “Chinar SPA Naftalan”, “Duzdaq Otel” və “Naftalan Hotel by Rixos” sağlamlıq mərkəzlərini təqdim etdi.

“AITF” sərgisi çərçivəsində son illər Azərbaycan vətəndaşları arasında məşhur kurort zonalarında daşınmaz əmlaka olan tələbatın artması faktını əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal surətdə inkişaf edir və bu il “AITF” sərgisində Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyanın daşınmaz əmlak şirkətləri yer alırdı. Beləliklə, yerli şirkətlər Türkiyədə daşınmaz əmlak təklif edən “ETU Homes” və “Netto Homes” şirkətlərinin, eləcə də Bolqarıstanın dəniz sahili üzrə təkliflər verən “Dream Home” ASC-nin, eləcə də "The First Group" (BƏƏ) şirkətinin timsalında etibarlı tərəfdaş tapmaq imkanı əldə etdilər.

Bu il eksponentlərlə sərgi ziyarətçiləri arasında ünsiyyəti daha da intensivləşdirmək üçün sərgi təşkilatçıları yeni xidmət növünə - görüşlərin əvvəlcədən təyin olunması proqramına start verdilər. Beləliklə, indi turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də otel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin etmək imkanı əldə etdilər. Görüşlərin əvvəlcədən təyin olunması proqramında iştirak sayəsində vaxta qənaət etməklə yanaşı, turizm sənayesində çalışan peşəkarlar üçün sərgidə işləri əvvəlcədən və səmərəli şəkildə planlaşdırmaq, potensial tərəfdaş və müştərilərlə görüşmək, habelə yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək baxımından əlavə imkanlar yaratdı. Sərginin səbirsizliklə gözlənilən tədbirlərindən biri builki sərginin ən parlaq iştirakçılarına sertifikatların verilməsi oldu. Müstəqil komissiyanın rəyinə görə, aşağıdakı şirkətlər “AITF” sərgisində bir sıra nominasiyalar üzrə qalib seçildilər:

 

“Ən yaxşı stend dizaynı”- “AZAL”

“Ən yaxşı ölkə təqdimatı” –  Türkiyənin milli stendi

“Ən yaxşı korporativ üslub” - “Marti Hotels”

“Ən yaxşı milli konsepsiya” -  İran Mədəni İrs, Sənəd və Turizm Təşkilatı

“Turizm istiqamətinin ən yaxşı təqdimatı” - “India Tourism”

“Ən yaxşı turoperator” - “Desert Gate”

“Ən yaxşı otel təbliğatı” – “Adenya Hotels”

“Ən yaxşı debüt” – “Maldives Marketing & PR Corporation”

“Ziyarətçilərlə ən fəal iş” – “AzTA (Azərbaycan Turizm Assosiasiyası)”

 

Sərginin keçirildiyi günlərdə sərgidə baş verən bütün hadisələri əks etdirən “Daily News” qəzeti işıq üzü gördü. Qəzet bu dəfə çoxsaylı parlaq stend, tədbir fotoları və müsahibələri ilə fərqlənirdi.

“AITF 2015” sərgisi uğurla keçdi və bunu həm iştirakçılar, həm də ziyarətçilər təsdiqləyir. Sərginin 3 gün ərzində ziyarət edənlərin sayı 3976 nəfər olmuşdur.

 

Özünün on beş illiyini qeyd edəcək yubiley “AITF 2016” sərgisi 7-9 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin təşkilatçıları tərəfindən “AITF 2016” sərgisinin işini müşayiət edəcək xüsusi tədbirlər proqramı planlaşdırılır.

bütün xəbərlər

bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
AITF İLƏ BİRLİKDƏ
horex
VALYUTA MƏZƏNNƏSİ
  08/02/2023 09/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      AITF is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek