Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





İş rejimi




Sərginin iş saatları  ↑ 

7 Aprel   11:00 - 18:00
8 Aprel   10:00 - 18:00
9 Aprel   10:00 - 16:00

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.


Keçirildiyi yer  ↑ 


"Bakı Expo" Sərgi və Toplantı Mərkəzi

Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515


Sərgiyə necə gəlmək olar:

"Bakı Expo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171

Sərgi ziyarətçiləri üçün hər saatdan bir avtobuslar hərəkət edəcəklər:
  • "Koroğlu" metro stansiyası - Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)



Ziyarət qaydaları  ↑ 

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!


Diqqət!
7-9 aprel tarixlərində sərgiyə yalnız turizm sahəsinin mütəxəssis və peşəkarları, həmçinin həkimlər və daşınmaz əmlak şirkətlərinin nümayəndələri daxil ola biləcəklər.
Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan az olan şəxslər yalnız 9 aprel tarixində daxil ola bilərlər.
Yaşı 16-dan az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgiyə daxil ola bilərlər.

Artıq sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları peşəkarlara, maraqlı layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanan “Aqıl və Bilgi” etibar edə bilərsiniz. Sərgi zamanı həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz.

Önəmli! Sərgiyə gələrkən, üzərində fərdi ştrix-kodunuz olan dəvətnaməni özünüzlə gətirməyi unutmayın. Bu ştrix-kod qeydiyyat üçün tələb olunan şəxsi məlumatlarınızı əks edir və məhz bu ştrix-kod sayəsində siz qeydiyyat prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirən "FAST TRACK" servisindən yararlana bilərsiniz. 

Sərgidə istər adi, istərsə də "FAST TRACK" qeydiyyatından keçərək, Siz döş nişanı əldə edir və aşağıda qeyd olunan imkanlardan yararlana bilərsiniz:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq və təkrar qeydiyyat prosedurandan azad olmaq;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
>Dəvətnaməni əldə edin


Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Biznes mərkəzi
  • Sərgi təşkilatçılarının stendi
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi



Sizi sərgidə gözləyirik!

bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
AITF İLƏ BİRLİKDƏ
horex
VALYUTA MƏZƏNNƏSİ
  28/11/2022 29/11/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      AITF is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek